7 Avqust 2023 21:52
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Leninqrad vilayətinin Volosovski rayonunda keçmiş faşist “Dulaq-102” konsentrasiya düşərgəsinin yerində yüzlərlə cəsədin qalıqları aşkar edilib.

Teleqraf.com xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, ərazidə iki minə qədər edam edilmiş məhbusun cəsədi ola bilər.

Qeyd olunur ki, cəsədlərin qalıqları ilə bərabər şəxsi əşyaların və geyimlərin fraqmentləri də aşkar edilərək götürülüb.

Məsələ ilə bağlı araşdırma aparılır. Əldə edilmiş cəsəd qalıqlarına əsasən, ölənlərin yaşını, cinsini və ölüm səbəbini müəyyən etmək üçün istintaq artıq məhkəmə-tibbi ekspertizası təyin edib.

Hazırda ərazidə axtarış tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər