8 Avqust 2023 21:44
6 931
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əks-hücumunu davam etdirən Ukrayna silahlı qüvvələri uğurla irəliləyir, tezliklə düşmənin cənubdakı müdafiə xətləri çatlamağa başlayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatı rəhbərinin keçmiş müavini Aleksey Arestoviç deyib.

“Rusiyanın ehtiyatlar cənub cəbhəsinin bütün istiqamətlərini bağlaya bilmir. Dörd əsas istiqamət var, ancaq ikisi üçün kifayət edir. Hələ ön xətt çatlamayıb, amma buna çox az qalıb, əminəm. Həmişə olduğu kimi, rus təbliğatçıları necə “qəhrəmancasına qalib gəlmələrindən” danışmağa və göstərməyə tələsirlər, bu, işlərinin son dərəcə pis olduğuna işarədir və özləri də durumu pis hesab edirlər”, - Arestoviç bildirib.

Onun fikrincə, iki-üç həftədən sonra ruslar üçün yaxşı olmayacaq:

“Artıq ruslar öz ehtiyatlarından səmərəli istifadə etmirlər. Bu əməliyyatda ehtiyatlardan çox ağılsız formada istifadə edirlər, Ukrayna komandanlığı mütləq qalib gələcək”.

Arestoviç Rusiya ordusunun əsas müdafiə xətlərinin yarılma ərəfəsində olduğunu iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər