8 Avqust 2023 23:26
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Seçki Komissiyası keçmiş baş nazir və müxalif Ədalət Hərəkatı partiyasının lideri İmran Xanın beş il müddətinə siyasətdən kənarda qalmasını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, qurum Xanın korrupsiyada təqsirli bilinməsindən sonra ona beş il müddətinə siyasi vəzifə tutmağı və seçkilərdə iştirakı qadağan edib.

Xatırladaq ki, avqustun 5-də İslamabad məhkəməsi Xanı dövlətə məxsus Toşaxan anbarından qiymətli əşyaların satışı ilə bağlı dələduzluq işi ilə bağlı üç il müddətinə azadlıqdan məhrum edib. Cəza həm də Xanın beş il müddətinə siyasi fəaliyyətlə məşğul olmaq imkanından məhrum edilməsini nəzərdə tutur. Keçmiş baş nazir hökmdən qısa müddət sonra Lahordakı iqamətgahında həbs edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər