Pakistan ABŞ-ın sanksiyalarına görə İrandan qaz idxalı üçün boru kəmərinin tikintisi ilə bağlı müqavilədəki öhdəliklərini dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Pakistanın Neft Nazirliyi məlumat yayıb.
Rəsmi İslamabad məsələ ilə əlaqədar Tehranı məlumatlandırıb.
İran Pakistanın qərarını “etibarsız” adlandırıb.