11 Yanvar 2015 22:47
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika ərazisində bir neçə terror hücumlarının qarşısı alınıb. Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən bu barədə Belçikanın ədliyyə naziri Koen Qins bildirib.

"Biz (hakimiyyət) hücumların qarşısını aldıq, bu barədə mən çox deyə bilmərəm", - Qins bildirib.

Belçika daxili işlər naziri Jan Jambon ölkələrin terrorizmlə mübarizə üzrə əməkdaşlıq çərçivəsində xarici yaraqlıların vahid avropa siyahısının yaradılmasının zəruriliyi barədə bazar günü bəyan edib.

DİN rəhbəri bundan öncə bəyan edib ki, Belçikada son vaxtlar terror aktlarının qarşısı alınmayıb. Bu zaman Jambon terror təhlükəsi riskini qeyd edib. Qonşu Fransada baş vermiş terror aktlarına baxmayaraq, Belçika hakimiyyəti ölkədə terror təhlükəsinin səviyyəsini qaldırmayıb.


Müəllif:

Oxşar xəbərlər