Bu gün Fransanın paytaxtı Parisdə Eyfel qülləsi bomba təhlükəsinə görə boşaldılıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, naməlum adam yerli televiziya kanallarından birinə zəng edərək qülləni partlatmaqla hədələyib.
Qüllənin üç mərtəbəsi boşaldılıb.
Hadisə yerində polis və istehkamçılar işləyir.