Avropa İttifaqı (Aİ) Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Nigerdə demokratiyanı bərpa etmək səylərinə dəstək olaraq bu ölkəyə qarşı sanksiyalar hazırlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.
O qeyd edib ki, Avropa İttifaqı ECOWAS-ın göstərdiyi səyləri tam dəstəkləyir və Nigerin yeni rəhbərliyinə qarşı fərdi sanksiyaların tətbiq etməklə onların praktikada həyata keçirilməsinə töhfə verməyə hazırlaşır.