Rusiyanın genişmiqyaslı hücumu nəticəsində Ukraynada 500 uşaq həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Baş prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, müharibə nəticəsində Ukraynada 1597-dən çox uşaq zərər çəkib, 500 uşaq həlak olub, 1097-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu, yekun rəqəmlər deyil. Zərər çəkən uşaqların müəyyən edilməsi üçün axtarış işləri davam etdirilir.
Qeyd olunub ki, Donetsk (485), Xarkov (298), Kiyev (129), Xerson (118), Nikolayev (97), Zaporojye (99), Çerniqov (71) və Luqansk (67) vilayətlərində uşaqlar daha çox zərər çəkib.