Avqustun 12-13-də Rusiya Prezidenti Vladimir Putinin səhhəti pisləşib.
Teleqraf.com xəbər verir ki, bu barədə “General SVR” Teleqram kanalı məlumat yayıb.
Mənbə Rusiya liderinin həftəsonu özünü pis hiss etdiyini yazır. Həmin iddiaya görə, Putin bu səbəbdən görüşləri təxirə salıb, yalnız dərman qəbul edib. Eyni zamanda məlumatda Putinin səhhətinin pis olmasının səbəbi göstərilməyib.
“Həftəsonu Putin özünü pis hiss etdi. Prezidentin şəxsi görüşləri həkimlər və bir neçə yaxın adamla məhdudlaşıb”, - kanal vurğulayıb.