“Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullah İsraili hədələyib.
Teleqraf.com xəbər verir ki, İsrail müdafiə naziri Yoav Qallantın mesajına cavab verən Nəsrullah bu ölkəni “daş dövrü”nə çevirəcəklərini iddia edib.
“Əvvəlki sionist (İsraili nəzərdə tutur – red.) rəsmilər də eyni təhdidləri etmişdilər. Bunlar Livanı daş dövrünə çevirəcəkləri yönündədir. İsrail Livanı daş dövrünə çevirəcək qədər güclüdürmü? Yox. Əgər Livanla müharibə etsəniz, sizi daş dövrünə çevirəcəyik”, - baş terrorçu bildirib.