15 Avqust 2023 16:26
1 557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya KTMT-dəki müttəfiqlərinə terrorizmlə mübarizədə silah tədarükü ilə kömək etməyə davam edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

“Avropada hökm sürən çətin vəziyyətə baxmayaraq, terrorizmlə mübarizə və Rusiyanın müttəfiqlərinə yardım göstərmək Rusiya Müdafiə Nazirliyinin prioritet vəzifəsi olaraq qalır”, - nazir bildirib.

Şoyqu vurğulayıb ki, Rusiyanın dəstəyinə şəxsi heyətin hazırlanması, birgə təlimlər, qoşunların təlimi, silah və hərbi texnikanın tədarükü daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər