"Rusiya qoşunları paytaxt yaxınlığında olarkən Ukrayna Kiyev uğrunda döyüşə bilmədi".
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Belarus lideri Rusiya Prezidenti Vladimir Putinin Kiyevi işğal etməkdən imtina etməsinin səbəbi barədə danışarkən bildirib:
"Putinlə bu barədə danışdıq. Demək istədiyim o idi ki, müharibə bitəcəksə, paytaxt ələ keçirilməlidir. Mənə buna görə insanların ölə biləcəklərini dedi".