19 Avqust 2023 16:47
1 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və Rusiya hərbi qüvvələri cəbhə xəttində oxşar problemlə üzləşirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.

Kəşfiyyat bildirir ki, son bir həftə ərzində cəbhə xəttinin əksər hissəsində vəziyyət dəyişməz olaraq qalır:

“Bununla belə, Ukrayna qüvvələri cənubda Rusiyanın sərt müqaviməti qarşısında Urojanı qəsəbəsini (yeni azad edilmiş) qoruyaraq, Mokri Yala çayı boyunca hücumlarını davam etdirib”.

Eyni zamanda, kəşfiyyat vurğulayır ki, Rusiya qoşunları şimalda Kupyan istiqamətində kəşfiyyat hücumlarını davam etdirsələr də, ciddi uğur əldə edə bilməyiblər.

“Hər iki tərəf cəbhədə oxşar problemlərlə üzləşir: yeni hücumlar həyata keçirmək üçün məhdud qüvvələrlə döyüşlərə yaxşı köklənmiş qüvvələri məğlub etməyə çalışırlar”, - məlumatda qeyd olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər