ABŞ Konqresindəki respublikaçılar ABŞ-ın Kiyevə ayırdığı vəsaitlərə nəzarətin tətbiqini tələb edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Konqresin aşağı palatasındakı respublikaçılar Ukraynanın maliyyələşdirilməsinə çoxdan şübhə ilə yanaşırlar. Ağ Ev və Konqresdəki Demokratlar hesab edirlər ki, Nümayəndələr Palatasının spikeri Kevin Makkarti “ifrat sağçı” konqresmenləri sakitləşdirmək üçün Baydenin tələb etdiyi vəsaitin müəyyən qədər azaldılmasında israr etmək niyyətindədir.