20 Avqust 2023 17:27
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda COVID-19 virusuna yoluxma halları yenidən artır.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksion Xəstəliklər Mərkəzinin direktoru Tengiz Tertsvadze məlumat verib.

Onun sözlərinə görə, koronavirusa yoluxanların xəstəxanaya yerləşdirilməsı halları da artıb. Son bir həftə ərzində gündə orta hesabla 300-ə yaxın yeni yoluxma halı qeydə alınıb.

Direktor yeni növ Omicron - EG.5 virusunun Gürcüstan ərazisində qeydə alınması təhlükəsinin olduğunu bildirib, lakin bunun hələ rəsmən təsdiqlənmədiyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər