21 Avqust 2023 09:56
12 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalinin Rabitə və Texnologiya Nazirliyi sosial media platformaları olan “Tiktok”, “Telegram” və mərc saytı “1XBET”i qadağan etmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, qərar nazirliyin təşkil etdiyi “Rabitə, internet və sosial media təhlükəsizliyi konfransı”ndan sonra verilib.

Konfransda somalili gənclərin həyatına mənfi təsir göstərən və hətta ölümlərə səbəb olan sosial platformaların bağlanmasının vacib olduğu bildirilib.

Açıqlamada gənclərin və qadınların əksəriyyətinin çoxluq təşkil etdiyi bu platformaların “əxlaqsız vəziyyətlər nümayiş etdirdiyi” də vurğulanıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər