ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Lauren Bobert X sosial şəbəkəsində (keçmiş Twitter) Havay adalarında ölümlə nəticələnən yanğınlar fonunda çimərlikdə vaxt keçirən ABŞ prezidenti Co Baydenin fəaliyyətini tənqid edib.
Teleqraf.com xəbər verir ki, onun sözlərinə görə, ABŞ tarixində ən ölümcül meşə yanğınlarının başlanmasından sonra, iki həftə ərzində Co Bayden Delaverdəki Rehoboth Beach-də 60 saat keçirib.
Meşə yanğını avqustun 9-da ABŞ-ın Havay ştatında yerləşən Maui adasında başlayıb. Güclü külək səbəbindən alov qısa müddətdə tamamilə yanmış turistik Lahaina şəhərinə keçib. Ən azı 4,5 min insan mənzilsiz qalıb. 100-dən çox ölən var.