22 Avqust 2023 10:27
1 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəaliyyətləri Ukrayna Baş Kəşfiyyat İdarəsi (QUR) tərəfindən koordinasiya edilən gizli qruplar iki aerodromda Rusiyanın bombardmançı təyyarələrini PUA-larla vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Nv.ua saytı məlumat yayıb.

Son bir neçə gündə diversant qrupları Ukrayna şəhərlərinə raket zərbələri endirən strateji bombardmançı təyyarələr də daxil olmaqla, 5 rus təyyarəsini zərərsizləşdirib.

Avqustun 19-da səhər saatlarında Rusiyanın Novqorod vilayətinin Soltsı şəhərindəki hərbi aerodroma PUA-larla zərbə endirilib. Nəticədə TU-22 M3 bombardmançısı məhv edilib, daha ikisi zədələnib.

Avqustun 21-də səhər saatlarında Rusiyanın Kaluqa vilayətindəki Şaykovka aerodromuna pilotsuz təyyarənin hücumu nəticəsində daha 2 rus bombardmançısı zədələnib.

“Bu dron əməliyyatları QUR tərəfindən koordinasiya edilir, düşmənin hərbi aviasiyasının ciddi itkiləri var. Ən əsası isə odur ki, belə təyyarələr (TU-22 M3) işğalçı ölkədə artıq istehsal olunmur”, - QUR-dakı mənbə sayta deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər