25 Avqust 2023 00:53
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın hüquq-mühafizə orqanları iş adamı Uilli Z.-ni sanksiyalardan yayınaraq Rusiyaya snayper tüfəngi üçün dəzgahlar satmaqda şübhəli bilinərək saxlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

İstintaqın versiyasına əsasən, Baden-Vürtemberqdən olan bir dəzgah şirkətinin rəhbəri kimi, iş adamı İsveçrə və Litva şirkətlərindən istifadə edərək üçüncü ölkələr vasitəsilə Rusiya silah istehsalçısına komponentlər tədarük edib.

O, hələ 2015-ci ildə, yəni Krımın ilhaqı ilə bağlı sanksiyalar dövründə 2 milyon avroluq müqavilə imzalayıb. Daha sonra Uilli Z.-nin şirkəti Rusiyada bu dəzgahlarda işləmək üçün təlimlər keçirib. O həmçinin sınaq məqsədilə partnyorundan 22 000 avro dəyərində snayper tüfəngləri alıb. Eyni zamanda sahibkar silah embarqosundan yayınmaq üçün müqavilənin tarixini saxtalaşdırıb.

Bu il avqustun 10-da Uilli Z. Fransada saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər