25 Avqust 2023 17:06
5 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarka hökuməti Quran və digər müqəddəs kitabların yandırılmasını qadağan edən qanun layihəsini parlamentə təqdim edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Danimarkanın ədliyyə naziri Peter Hummelqard qanun layihəsinin tezliklə təqdim ediləcəyini bildirib.

Nazir müqəddəs kitablara hücumların yeganə məqsədinin nifrət və nifaq salmaq olduğunu və sözügedən qanun layihəsinin hazırda dövlət bayraqlarının yandırılmasını qadağan edən qanunla birləşdiriləcəyini deyib.

Hummelqard qanunla həm müqəddəs kitabların yandırılmasını, həm də dini dəyərlərə uyğun olmayan davranışları qadağan edəcəklərini söyləyib:

“Bu qanun Quranı və İncili açıq şəkildə yandıranları cəzalandıracaq”.

Danimarka xarici işlər naziri Lokke Rasmussen isə məsələ ilə əlaqədar belə deyib: “Bu, Danimarkanın dünyaya göndərmək istədiyi mühüm mesajdır”.

Sözügedən təklifin 179 yerlik parlamentə nə vaxt təqdim ediləcəyi ilə bağlı məlumat verilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər