31 Avqust 2023 10:16
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynalılar müttəfiqlərin gözləntilərini üstələyir, bu çətin şəraitdə əraziləri geri alırlar”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun əks-hücumu barədə danışan NATO baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, ukraynalılar rusları geri çəkilməyə məcbur edərək, yaxşı mühafizə olunan, o cümlədən minalanmış əraziləri yarmaqda davam edirlər:

“Ona görə də indi onları dəstəkləmək daha vacibdir. Bu mübarizə ukraynalılar üçün asan olmasa da, uğur qazanırlar”.

Stoltenberq həmçinin bəzi Qərb müttəfiqlərinin Ukraynanın ləng əks-hücumu ilə bağlı tənqidi fikirləri ilə razı olmadığını deyib: “Gördüyümüz budur ki, ukraynalılar gözləntiləri dəfələrlə üstələyir”.

NATO baş katibi xatırladıb ki, Rusiya keçən il hücuma keçəndə heç kim Ukraynanın bir neçə gündən çox dayanacağını gözləmirdi:

“Amma onlar Kiyevi, Xarkovu və Xersonu azad etdilər. İndi isə daha böyük uğurlara imza atırlar. Biz onlara güvənməliyik. Məsləhət veririk, kömək edirik, dəstəkləyirik, amma sonda qərar verən ukraynalılar olmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər