Sentyabrın 4-nə keçən gecə Rusiyanın Kursk vilayətinin Kurçatov şəhərində partlayış səsləri eşidilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “RBC-Ukrayna” yerli Telegram kanallarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, Ukrayna ordusu şəhərə dronlarla hücum edib. Hazırda şəhərdə hava hücumundan müdafiə sistemləri fəaliyyət göstərir.
Yerli sakinlərin onlayn dediyinə görə, gecə ən azı üç partlayış səsi eşidilib.