“Yunanıstanla problemlərin həllində yeni yanaşmalar tətbiq etmək barədə razılığa gəlmişik”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan yunan həmkarı ilə görüşündən sonra deyib.
“İki həftə sonra prezidentimiz və Yunanıstan baş naziri BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşəcəklər. Yunanıstanla yeni və müsbət bir dövrə qədəm qoyduq. Problemlərin həllində yeni yanaşmalar tətbiq etmək barədə razılığa gəldik. Həmkarımla Kipr məsələsi ilə bağlı da fikir mübadiləsi apardım. İki qarant ölkə kimi görüşməyə davam edəcəyik.
Terrorla mübarizə aparan qonşumuzdan səmərəli əməkdaşlıq gözləyirik”, - nazir bildirib.