5 Sentyabr 2023 21:02
1 929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Araşdırmalar göstərir ki, “Vaqner” lideri Yevgeni Priqojin həqiqətən də ölüb.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri general-leytenant Valeri Kondratyuk deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin onu məcburən aradan götürməli olub.

“Priqojinin ölümü ilə bağlı bütün sui-qəsdlər çox maraqlı görünür. Ötən günlərdə yayılan Priqojinin Afrikada cip sürməsi və onun ölümü ilə bağlı deyilənlərin şayiə olduğunu söylədiyi video da Moskvaya qayıtmazdan əvvəl çəkilib. Ciddi təhlillər Priqojinin həqiqətən də öldüyünü göstərir. Onun indi sağ ola biləcəyini təsəvvür belə edə bilmirəm. Bu, Putinin nüfuzuna növbəti zərbə olardı”, - Kondratyuk vurğulayıb.

General əlavə edib ki, Priqojinin cəzasız qalması Rusiya liderinin etibarını sarsıda bilərdi.

"Vaqner" lideri avqustun 24-də Tver vilayətində baş verən təyyarə qəzasında həyatını itirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər