6 Sentyabr 2023 13:53
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü briqada generalı Patrik Rayder PKK/YPG terror təşkilatının uzantısı “Suriya Demokratik Qüvvələri” (SDG) ilə əlaqələrindən danışıb.

Teleqraf.com xəbər verir ki, amerikalı general Deyr əz-Zordakı son gəlişmələri yaxından izlədiklərini və Suriyada İŞİD terror təşkilatına qarşı mübarizə üçün regional və beynəlxalq tərəfdaşlarla işləməyə davam edəcəklərini bildirib.

“Suriya Demokratik Qüvvələri, regional və beynəlxalq tərəfdaşlarla birlikdə İŞİD-i məğlub etmək missiyası üzərində işləməyə davam edəcəyik. Ötən həftə dediyim kimi, bu kritik fəaliyyətdən uzaqlaşmaq qeyri-sabitlik yarada və İŞİD-in canlanmasına imkan verə bilər”, - Rayder deyib.

Onun iddiasına görə, ABŞ-ın SDQ ilə işbirliyi yalnız İŞİD-i məğlub etməyə yönəlib. Rayder təşkilatın İŞİD-lə mübarizədə kritik rol oynadığını da qeyd edib.

ABŞ-ın Suriya və bölgədə PKK/YPG terror təşkilatı və onun uzantıları ilə əməkdaşlığı Türkiyə tərəfindən etirazla qarşılanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər