9 Sentyabr 2023 11:54
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 632-yə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Mənbənin sözlərinə görə, 329 nəfər yaralanıb.

Qeyd edək ki, Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.

***

08:28

Mərakeşdə 6,9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 290 nəfəri ötüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

“Goud” portalının məlumatına görə, Əl-Hauz, Şişaya, Uarzazat əyalətlərində və Mərakeş şəhərində onlarla insan həlak olub. Zəlzələdən zərər çəkmiş ərazilərdə elektrik enerjisi və mobil rabitə ilə bağlı ciddi problemlər yaranıb.

Mərakeşin turizm mərkəzi və mədəniyyət paytaxtı Mərakeş şəhərində, eləcə də ölkənin ən böyük üzgüçülük kurortu olan Aqadirdə yaşayış binalarının və müxtəlif tikililərin uçması qeydə alınıb.

Yeraltı təkanlar Krallığın bir sıra iri şəhərlərində, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub. Hazırda xilasetmə qüvvələri ərazidə işləyirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər