Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanda keçirilən “Böyük iyirmilik” (G20) sammiti çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Görüş zamanı ikitərəfli münasibətlər, əməkdaşlığın inkişafı üçün gələcək addımlar, o cümlədən aktual regional və qlobal problemlər müzakirə olunub.
Mətbuata qapalı şəraitdə keçirilən görüşdə Türkiyə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezident Administrasiyası yanında Kommunikasiya şöbəsinin müdiri Fəxrəddin Altun və başqaları iştirak edib.