11 Sentyabr 2023 15:59
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında görüş sentyabrın 13-də baş tuta bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Donga” nəşri məlumat yayıb.

Mənbə bildirib ki, Şimali Koreya liderinin dəbdəbəli zirehli qatarı artıq Vladivostoka yola düşüb.

Məlumata görə, Kimin şəxsi zirehli qatarı yavaş-yavaş şimal-şərq sərhəd zonasına, yəni Rusiyaya doğru hərəkət edir.

Qatar sentyabrın 10-da günorta saatlarında Pxenyanı tərk edib, ayın 12-də səhər saatlarında sərhədi keçməlidir.

“Hökumət mənbələri hesab edirlər ki, Kim xarici dünya ilə təması minimuma endirmək üçün günorta saatlarından yayınaraq səfər üçün axşam vaxtını seçib”, - məlumatda deyilir.

Artıq Vladimir Putin Şərq İqtisadi Forumunda iştirak etmək üçün Vladivostoka gəlib. Rusiya lideri iki gün bu şəhərdə qalacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər