14 Yanvar 2015 01:47
1 900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti bu gün ölkədə hərbi səfərbərliyin keçirilməsi barədə növbəti fərman imzalayacaq. Teleqraf.com-un məlumatına görə, Ukraynada hərbi-siyasi böhran başlayandan sonra indiyədək 3 belə səfərbəlik həyata keçirilib.

“Sabah mən səfərbərliyin yeni dalğası haqqında fərman imzalayacam. Əminəm ki, Ukrayna bu qərarı dəstəkləyəcək və səfərbərlik uğurlu həyata keçiriləcək”, deyə prezident qeyd edib.

Hazırda yaranmış yeni mühariəb vəziyyəti ilə əlaqədar bu ölkədə səfərbərlik qaydaları kifayət qədər sərtləşdirilib. İndi Ukraynada hərbi xidmətdən yayınan şəxslər 3-5 il müddətinə azadlıqdan məhrum edilir.


Müəllif: