Nyu-York ABŞ-ın ən çirkli şəhəri elan edilib. Bu barədə “Səyahət və istirahət” jurnalının apardığı sorğunun nəticələrindən məlum olub. ABŞ-ın ən iri meqapolisinin göstəriciləri ötən illə müqayisədə pisləşib.
Respondentlərin fikrincə, Nyu-York həm də Amerikanın ən səs-küylü şəhəri, sakinləri isə ən kobud amerikalılardır. Digər tərəfdən, “Böyük alma” (Nyu-Yorku bəzən belə də adlandırırlar) dəblə geyinmiş adamların, bahalı dükanların, teatrların sayına görə birinci yerdədir.
“Antireytinq beşliyi”nə Yeni Orlean (Luiziana ştatı), Baltimor (Merilend ştatı), Los-Anceles (Kaliforniya ştatı), Atlanta (Corciya ştatı) da daxildir. ABŞ-ın 35 şəhərinin qiymətləndirildiyi sorğuda 35 min adam iştirak edib. /musavat.com/