Adının açıqlanmasını istəməyən yüksək rütbəli fransalı diplomat “Politico”ya açıqlamasında ABŞ-ın Baş Qərargah rəisi general Mark Milli ilə razılaşıb.
Teleqraf.com xəbər verir ki, Fransa rəsmisi hava şərtləri əlverişli olana qədər Ukrayna ordusunun əks-hücumunun davam edəcəyini deyib.
“Əks-hücum oktyabrın sonu və ya noyabrın əvvəlində dayandırılacaq”, - diplomat əminliklə bildirib.
O, havanı əks-hücumun davamı üçün problem hesab edir.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Larri Conson da iddia edir ki, Ukrayna oktyabrda əks-hücumlara son qoymalı olacaq.