16 Sentyabr 2023 00:38
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyənin 81 vilayətini zəlzələ zonası kimi qəbul edərək işlər aparmalıyıq".

Teleqraf.com xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, konteyner şəhərlərdə yaşayan zəlzələdən zərərçəkənlərin sayı 1,9 milyona çatıb:

“Məqsədimiz zəlzələ reallığına qarşı ən sağlam, sürətli və ən ədalətli şəkildə şəhər çevrilməsini həyata keçirəcək hüquqi infrastruktur yaratmaqdır”.

Türkiyə Prezidenti onu da vurğulayıb ki, təbii fəlakətdən zərərçəkənlərə yardım, təxliyə, ölüm, dağıntı, dağıntıların təmizlənməsi və digər işlər üçün 82 milyard lirə maddi yardım edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər