16 Sentyabr 2023 18:50
1 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrikada ABŞ-ın əczaçılıq şirkəti “Johnson & Johnson”a qarşı vərəm dərmanının satışında hədsiz qiymət artımına yol verdiyi iddiası ilə araşdırma başladılıb.

Teleqraf.com xəbər verir ki, Cənubi Afrika Rəqabət Komissiyası “Johnson & Johnson”un istehsal etdiyi “Sirturo” markalı vərəm dərmanını Cənubi Afrikada baha qiymətə satdığına dair şikayətlərin gəldiyini açıqlayıb.

Şirkətin bu dərmanın satışında həddindən artıq qiymət istifadə etdiyinə dair əsaslı şübhələrə səbəb olan məlumatların əldə edilməsindən sonra araşdırma başlanılıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər