19 Sentyabr 2023 10:24
1 636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresində Bob Menendez kimi bəzi simaların “Yunanıstanın təhlükəsizliyi” kimi mövzuları bəhanə edərək F-16 satışına mane olmağa çalışdıqlarını deyib.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri bu barədə ABŞ-ın PBS telekanalına müsahibəsində danışıb.

“Bob Menendez Türkiyəni tanımır. Görünür, Bob Menendez Tayyib Ərdoğanı da tanımır”, - prezident bildirib.

Ərdoğanın Yunanıstanla Türkiyənin qədim dostluq münasibətlərinə malik olduğuna diqqət çəkib:

“Menendez Türkiyəyə qarşı düşmən münasibət bəsləyir və bizi özünün xüsusi seçdiyi müzakirə sahəsinə cəlb etməyə çalışır. Ancaq biz bunun bir hissəsi olmayacağıq. Yunanıstanla dostluğumuz onların düşündüyü kimi deyil”.

Konqresdə ermənilər və yunanların lobbiçiliyini edən Bob Menendez Türkiyə ilə yanaşı, Azərbaycana da düşmən münasibəti ilə seçilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər