14 Yanvar 2015 15:29
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq silahlı qüvvələri Bağdad şəhərinin şimalında İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı xüsusi əməliyyat keçirib.

Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat verib.

Yayılan xəbərlərə görə, əməliyyatlar zamanı 45 terrorçu öldürülüb. İlk əməliyyat Tikrit şəhəri yaxınlığında Səlahəddin vilayətində həyata keçirilib ki, burada 27 terrorçu və çoxlu sayda silah-sursat məhv edilib.

Digər əməliyyat isə Bağdadın Tal Məsud bölgəsində keçirilib. Burada İŞİD-in 18 döyüşçüsü öldürülüb, 7-i isə yaralanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər