Kolumbiya Hərbi Dəniz Qüvvələri Karib dənizindəki San Andres adası yaxınlığında 1 tondan çox kokain müsadirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro X sosial şəbəkəsində yazıb.
“El Tiempo” qəzetinin məlumatına görə, narkotiklər Mərkəzi Amerika ölkələrindən birinə gedən qayıqda olub. Qayıqda olan 5 Kolumbiya vətəndaşı saxlanılıb.
Ölkənin donanmasının məlumatına görə, ilin əvvəlindən hərbçilər 265 ton kokain müsadirə ediblər.