25 Sentyabr 2023 08:57
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden yenilənmiş koronavirus peyvəndi ilə peyvənd olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısının müalicə həkimi Kevin O'Konnor məlumat verib.

Bildirilib ki, ABŞ lideri COVID-19-a qarşı peyvənd olunmaqla yanaşı, qrip peyvəndi də alıb.

“Soyuqdəymə və qrip mövsümü yaxınlaşdıqca, Prezident bütün ABŞ vətəndaşlarını onun göstərişinə əməl etməyə və tam peyvənd olunmaq üçün tibb işçisi və ya əczaçı ilə məsləhətləşməyə çağırır”, - deyə məktubda vurğulanır.

Xatırladaq ki, sentyabrın əvvəlində Ağ Ev ABŞ prezidentinin həyat yoldaşı Cil Baydenin koronavirusa yoluxduğunu açıqlamışdı. Baydenin özü 2022-ci ilin iyulunda koronavirusa yoluxub. Ümumilikdə dövlət başçısı COVID-19-a qarşı üç peyvənd alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər