15 Yanvar 2015 00:13
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada baş verən son terror olayları bu ölkəyə yaxın qonşu olan ölkələri də hərəkətə keçirib. Vaxtilə Fransanın koloniyası olmuş müsəlman ölkəsi Əlcəzairdə də antiterror tədbirləri gücləndirilib.

Yerli güc strukturlarının keçirdiyi son əməliyyatlar nəticəsində terrorçuluqda şübhəli bilinən 12 nəfər həbs edilib.

Teleqraf.com-un "France Presse" agentliyinə istinadən məlumatına görə, bunu ölkənin Müdafiə nazirliyi bəyan edib.

Qeyd olunur ki, müvafiq tədbirlər Əlcızairin bir neçə şəhərində həyata keçirilib. Tutulan şəxslərin genişmiqyaslı terror aktları törətməyə hazırlaşdığı bildirilir.


Müəllif:

Oxşar xəbərlər