28 Sentyabr 2023 16:25
5 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinə Ben Kardin rəhbərlik edəcək.

Teleqraf.com xəbər verir ki, o, bu postda rüşvətxorluqda ittiham olunan ermnipərəst Bob Menendezi əvəzləyib.

Senatorlar Kardini bu posta gətirən qətnaməni təsdiqləyiblər.

Kardin ikinci dəfə komitə rəhbərliyində Menendesi əvəz edir. O, 2015-2018-ci illərdə də bu komitəyə rəhbərlik edib. Menendez o zaman da korrupsiya ittihamları ilə üzləşmişdi, amma sonradan bu ittihamlar ləğv olunmuşdu.

80 yaşı olan senator Kardin gələn il namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

Menendez ötən həftə partiyanın nizamnaməsində tələb olunduğu kimi, cinayət əməlində ittiham olunduğu üçün komitə sədri vəzifəsindən müvəqqəti istefa verib. Senatın Demokratlar fraksiyasının yarıdan çoxu onu istefaya çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər