29 Sentyabr 2023 10:20
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qüvvələri son zamanlar Kupyan-Svatov-Kreminna xəttində hücumun sürətini azaldıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Məlumatda deyilir ki, Ukrayna qoşunları Baxmut yaxınlığında və Zaporoje vilayətinin qərbində hücum əməliyyatlarını davam etdirir. Paralel olaraq, Rusiyanın Kupyan-Svatov-Kreminna xətti boyunca hücumlarının sürəti azalıb. Rusiya və Ukrayna rəsmiləri getdikcə daha çox rus ordusunun Kupyan və Liman istiqamətlərində qurudan daha az hücum etdiyini bildirirlər. Bu, Ukraynanın əks-hücumunun Rusiya qüvvələrini Kupyan-Svatov-Kreminna xəttindən yayındırdığını və ya hücum səylərini ciddi şəkildə zəiflətdiyini göstərir.

ISW xatırladır ki, Rusiyanın bu xəttdəki hücumları Ukrayna qoşunlarını burada sıxışdırmaq və cəbhənin daha vacib nöqtələrindən yayındırmaq məqsədi daşıyırdı.

Eyni zamanda, Rusiya Xarkov, Luqansk və Xerson vilayətlərində fəallaşdığı halda, Ukrayna qoşunlarının əks-hücum əməliyyatları apardığı Zaporoje vilayətinin qərbində aktivliyini azaldır. Son bir həftə ərzində Rusiya qoşunları Xerson vilayətinin qərb sahilində və Kupyan istiqamətində Ukrayna ordusunun mövqelərinə qarşı daha çox hava zərbələri endirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər