29 Sentyabr 2023 11:18
1 763
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçdə cinayətkar dəstələr arasında gərginliyin artdığı bir vaxtda gecə saatlarında baş verən iki fərqli qarşıdurmada 3 nəfər ölüb. Bundan əvəl paytaxt Stokholm ətrafında 18 yaşlı gənc güllələnmişdi.

Teleqraf.com xəbər verir ki, dəstə üzvləri küçələri döyüş meydanına çevirərkən, bir nəfərin evinin bombalandığı və hadisədə çox sayda insanın yaralandığı, ən az 5 nəfərin öldüyü bildirilir.

Küçələrdə baş verənləri nəzarət altına almaq mümkün olmasa da, bəzi ərazilərdə silahlı qarşıdurmaların davam etdiyi deyilir.

Baş nazir Ulf Kristersson gərginliyin artmasından sonra ordunun küçələrə çıxacağını açıqlayıb.

“Dəstələri tutub məğlub edəcəyik”, - baş nazir söz verib.

Silahlı Qüvvələrin komandanı Mikael Bayden bildirib ki, polisin səylərinə kömək etməyə hazırdırlar.

Son hadisədən saatlar sonra paytaxtın cənubunda silahlı hücum nəticəsində bir nəfər ölüb, biri isə yaralanıb.

Ədliyyə naziri Qunnar Strömmer olaydan sonra dövlət televiziyasına danışıb: “Son dərəcə faciəvi gəlişmədir. İnsanların qəzəb, qorxu və kədər hiss etdiyini anlayıram”.

İki dəstənin narkotik və silah üstündə toqquşduğu bildirilir.

SVT telekanalı sentyabrda ölkədə 11 nəfərin ölümcül atışma nəticəsində həyatını itirdiyini açıqlayıb. Kanal İsveçin son illərdə ən ölümcül dönəmindən keçdiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər