1 Oktyabr 2023 00:09
1 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ABŞ- da Respublikaçılar Nümayəndələr Palatasında toplaşaraq şatdaundan qaçmağın yollarını müzakirə etdilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazır.

Nəşrin məlumatına görə, iclasda Nümayəndələr Palatasının spikeri Kevin Makkarti də iştirak edib, lakin o, Kapitoliyə toplaşan jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Sentyabrın 30-da Ağ Ev sosial şəbəkələrdə ABŞ federal hökumətinin mümkün dayandırılmasına - şatdauna geri sayım başladığını yazıb.

Bundan əvvəl CNN ABŞ administrasiyasının dörd rəsmisinə istinadla xəbər vermişdi ki, ABŞ prezidenti Co Bayden gələn həftənin əvvəlində hökumətin maliyyələşdirilməsinin dayandırılması halında görüləcək tədbirləri müzakirə etmək üçün kabinetini toplamaq niyyətindədir.

Qeyd edək ki, şatdaun maliyyə çatışmazlığı səbəbindən federal hökumət orqanlarının fəaliyyətinin dayandırılmasıdır. Dövlət qurumlarının illik maliyyələşdirilməsi ilə bağlı gözlənilən qanun layihələri qəbul edilmədikdə bu vəziyyət yarana bilər.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər