Oktyabrın 2-də Kiyevdə Avropa İttifaqı Şurasının xarici işlər nazirləri səviyyəsində qeyri-rəsmi iclası keçiriləcək.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel deyib.
O bildirib ki, sabah konkret qərarlar gözləməyin, qeyri-rəsmi görüşlər isə konkret qərarların qəbuluna deyil, siyasi müzakirələrə yönəlib”.
Oktyabrın 1-də Borrell bəyan edib ki, Avropa İttifaqı ABŞ-də baş verən hadisələrdən asılı olmayaraq, Ukraynaya maliyyə dəstəyini davam etdirmək və onu yüksəltmək niyyətindədir.