Ağ ev Kremlin Ukraynaya yardımdan Qərbin yorulcağı və Kiyevlə Qərb tərəfdaşları arasında ziddiyyətlərin güclənəcəyi ilə bağlı iddialarını rədd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə deyib.
O, rusiyalı həmkarına Ukraynanın arxasında güclü ittifaqın olduğunu xatırladıb:
“Ukraynanın arxasında güclü, çox güclü beynəlxalq koalisiya var. Əgər Putin bizi üstələyə biləcəyini düşünürsə, yanılır”.
Karin Jan-Pyer bildirib ki, Vaşinqton tezliklə Ukraynaya yeni yardım paketi elan edəcək.
Xatırldaq ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “müxtəlif ölkələrin, o cümlədən ABŞ-nin Kiyev rejiminə tamamilə absurd sponsorluqdan yorğunluğunun artacağını” demişdi. Onun fikrincə, “bu yorğunluq siyasi isteblişmentin parçalanmasına və ziddiyyətlərin artmasına gətirib çıxaracaq”.