3 Oktyabr 2023 10:34
1 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya gecə saatlarında Ukraynanın cənub-şərq vilayətlərinə növbəti pilotsuz təyyarə hücumunu həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun Cənub Müdafiə Qüvvələri məlumat yayıb.

Krım istiqamətindən atılan “Şahid” tipli hücum PUA-larının (İran istehsalı) bir neçə dalğası Nikolayev və Dnepropetrovsk vilayətlərini əhatə edib. Nikolayevdə 16, Dnepropetrovskda isə 1 pilotsuz təyyarə vurulub.

Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, oktyabrın 3-nə keçən gecə ruslar 31 “Şahid” hücum dronu və “İskəndər-K” qanadlı raketləri ilə hücuma keçib. Ukrayna hərbçiləri Nikolayev və Dnepropetrovsk vilayətləri ərazisində 29 “Şahid” və 1 “İskəndər” qanadlı raketini məhv edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər