4 Oktyabr 2023 13:10
2 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç xarici işlər naziri Tobias Billström pasportunu unutduğu üçün Ukraynaya girməsinə icazə verilməyib.

Teleqraf.com xəbər verir ki, Avropa Birliyi Xarici İşlər Nazirlərinin Kiyevdə keçirilən toplantısına qatılmaq üçün yola çıxan nazir pasportunu unutduğu üçün Polşadan Ukraynaya keçməsinə icazə verilməyib.

Polşa-Ukrayna sərhədində saxlanılan Billström həmkarları ilə Kiyevə gedən qatara minə bilməyib.

Nazirin sözçüsü Anna Erhardt Billströmün Kiyevdəki görüşə qatılmamasının səbəbi ilə bağlı dəqiq cavab verməyib:

“Logistika maneəsi vardı. Bundan başqa, nazirlik səfərlərinin təfərrüatlarını şərh etmirik”.

Toplantıda Billströmün yerinə İsveçin Kiyevdəki səfiri Martin Aberqin iştirak etdiyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər