4 Oktyabr 12:38
37 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günə planlaşdırılan İspaniya səfəri təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Türkiyə dövlət başçısı səhhətində yaranan problem (soyuqdəymə) səbəbindən səfərin ləğv edildiyi bildirilib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyaya Avropa Siyasi Birliyinin sammitində iştirak üçün səfər edəcəkdi.


Müəllif: Teleqraf.com