Araşdırmaya görə, biznesmen Yevgeni Priqojinin təyyarəsinə heç bir kənar təsir olmayıb.
Teleqraf.com xəbər verir ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin Valday forumunda çıxışı zamanı deyib.
Putin iddia edir ki, istintaqa əsasən, həlak olanların cəsədlərində əl qumbaralarının parçaları tapılıb.
O vurğulayıb ki, araşdırma çərçivəsində təyyarə qəzasında həlak olanların bədənlərində spirtli içki və narkotik maddələrin olub-olmadığını müəyyən etmək üçün ekspertiza aparılmayıb, baxmayaraq ki, aparmağa dəyərdi.
Rusiya prezidenti onu da əlavə edib ki, Priqojinin şirkətinin Sankt-Peterburqdakı ofisində 10 milyard rubl nağd pul, həmçinin beş kiloqram kokain aşkarlanıb.