Türkiyədə Ukrayna ilə bağlı görüş oktyabrın son ongünlüyündə keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu məlumatı "RİA Novosti" Ankaradakı diplomatik mənbəyə istinadən yayıb.
Bildirilib ki, hələlik dəqiq tarix yoxdur, diplomatik kanallarla təsdiq prosesi gedir.
Oktyabrın əvvəlində mətbuatda xəbər yayıldı ki, Ukraynadakı münaqişənin həlli üçün Türkiyədə beynəlxalq toplantı keçiriləcək. Dialoq dövlət başçılarının müşavirləri səviyyəsində planlaşdırılır və Rusiyanın iştirakını nəzərdə tutmur.
Eyni zamanda, danışıqlarda ABŞ nümayəndələrinin də iştirak edəcəyi gözlənilir.