Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 2445 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə zəlzələnin baş verdiyi Herat əyalətinin rəsmiləri məlumat verib.
Təbii Fəlakətlərin İdarə Olunması İdarəsinin rəhbəri Maulavi Musa Ashari bildirib ki, ən çox Zinda Can bölgəsi zərər çəkib, 13 kənd tamamilə dağılıb.
Əfqanıstan Milli Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin rəsmi nümayəndəsi Molla Canan Şeyxin sözlərinə görə, zəlzələ nəticəsində 9,2 mindən çox insan xəsarət alıb.
Oktyabrın 7-də Əfqanıstanda 6,3 bal gücündə iki zəlzələ baş verib.